Wednesday, October 10, 2012

1. Mühasibat uçotunun metodu və onun əsas ünsürləri


Mühasibat uçotunun metodu onun predmetinin dərk edilməsi üsuludur. Əgər mühasibat uçotunun predmeti təsərrüfat fəaliyyəti prosesində vəsaitlərin və onların əmələ gəlmə mənbələrinin hərəkətini əks etdirirsə, onun metodu öz predmetinin hansı üsullar v yollar vasitəsilə öyrənilməsini yerinə yetirir.
Mühasibat uçotunun metodu aşağıdakı ünsürlərdən ibarətdir: sənədləşmə və inventarlaşma, qiymət və kalkulyasiya, hesablar sistemi və ikitərəfli yazılış, balans və hesabat.
Məlumdur ki, təsərrüfat vəsaitləri, onların əmələ gəlmə mənbələri və təsərrüfat proseslərində baş verən təsərrüfat əməliyyatları müxtəlifdir. Bütün bunları düzgün əks etdirmək üçün ayrı-ayrı əvsait növlərinin hərəkəti və yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək lazımdır. Mühasibat uçotunda belə nəzarət sənədlər vasitəsilə həyata keçirilir. sənədləşmə  uçot obyektlərinin ilk qeydə alınma üsuludur. Sənədləşmə təsərrüfat fəaliyyətinin həqiqətən həyata keçirilməsinin yazılı təsdiq edilməsi və onların baş verməsinin hüquqi olması deməkdir. Beləliklə, mühasibat uçotunda təsərrüfat əməliyyatlarının qeydiyyatı sənədlər tərtib edildikdən sonra başlanır.  Inventarlaşdırma müəssisədə mövcud olan bütün vəsaitin həqiqi vəziyyətinin natural şəkildə yoxlanılması üsuludur. Inventarlaşmanın köməyi ilə uçot göstəriciləri ilə həqiqi göstəricilər müqayisə edilir. Beləliklə, sənədləşmə və inventarlaşdırma mühasibatda ilk məlumatlar almaq üçün tətbiq edilir. Onalrın uçotda istifadə edilməsi müəssisələrin əmlakının qorunması uğrunda nəzarəti həyata keçirməyə imkan yaradır.
Qiymətin köməyi ilə natural və əmək göstəriciləri pula çevrilir. Hər bir müəssisənin təsərrüfat vəsaitinin qiyməti onların həqiqi maya dəyərinə əsaslanır. Müəssisədə bütün məsrəflərin yekunlaşdırılması tələb olunur ki, müəyyən obyektə Aid olan məsrəflərin ümumi məbləğini təyin etmək, uçota alınmış obyektlərin maya dəyərini hesalamaq lazımdır. Məhsulun maya dəyəri kalkulyasiyanın köməyi ilə təyin edilir. Kalkulyasiya uçota alınan obyektlərin maya dəyərini təyin etmək üçün əsas vasimtə olmaqla yanaşı onların qiymətlərinin müəyyən edilməsində ən mühüm baza hesab edilir. Təsərrüfat fəaliyyəti üzərində cari nəzarətin həyata keçirilməsi üçün mühasibat uçotunda hesablar sistemindən istifadə edilir. Hesablar sistemi vasitəsilə uçot obyektləri iqtisadi cəhətdən qruplaşdırılır. Hesablardan sənədlərdə əks etdirilən məlumatları ümumiləşdirmək üçün istifadə edilir. Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsi ikitərəfli yazılışın köməyi ilə həyata keçirilir. Ikitərəfli yazılışın mahiyyəti ondan ibarətdir ki, onun vasitəsilə baş vermiş təsərrüfat əməliyyatları qarşılıqlı surətdə əks etidrilir. Mühasibat uçotunda bütün obyektlər üzərində nəzarət təsərrüfat vəsaitlərinin, onların əmələ gəlmə mənbələri ilə müqayisə etməklə həyata keçirilir. Belə bir müqayisə balans vasitəsilə mümkündür. Balansda bütün təsərrüfat vəsaitlərinin  ümumi yekunu ilə, həmin vəsaitlərin əmələ gəlmə mənbələrinin yekunu bir-birinə bərabər olmalıdır. Hesabat uçot məlumatlarına əsasən planın (tapşırığın) yerinə yetirilməsi haqqında məlumat verir. Hesabat müəssisə və təşkilatların əsas göstəriciləri üzrə yekun əldə etməyə şərait yaradır. Bütün bu ünsürlər mühasibat uçotunda bir-biri ilə qırılmaz surətdə əlaqəli şəkildə aparılır. Təcrübədə həmin ünsürlər ardıcıllıqla aparılır.
1). Sənədləşmə baş vermiş təsərrüfat əməliyyatları haqqında ilk məlumat verir, onun vasitəsilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda qeydiyyatı həyata keçirilir.
2). Sənədddə olan məlumatlar mütləq pul ölçüsünün köməyi ilə ümumiləşdirilir. Bunun üçün qiymətlən istifadə edilir.
3). Mühasibat uçotu obyektləri haqqında məlumatları qruplaşdırma və yekunlaşdırmaq üçün hesablar və ikitərəfli yazılışdan istifadə edilir.
4). Hesablarda əks etirilmiş məlumatların həqiqi olması inventarlaşma vasitəsilə yoxlanılır.
5). Hesablarda olan yoxlanmış məlumatlara əsasən, bu və ya digər obyektə Aid olan məsrəflərə yekun vurulur və bütün obyektlərin maya dəyəri hesablanır. Bu hesablama kalkulyasiya vasitəsilə hyata keçirilir.
6). Mühasibat uçotunun obyektəlri üzərində nəzarət etmək üçün müəyyən dövrə təsərrüfat vəsaitləri və onların əmələgəlmə mənbələri müqayisə edilir. Belə müqayisə balans və hesabat vasitəsilə həyata keçirilir. 

No comments:

Post a Comment